BAYRAQDAR MEDİA – Iğdır Universitetinin rektoru Prof.Dr. Ekrem Gürel, Iğdır Gənclik və İdman İdarəsi ilə universitetimizin birgə təşkil etdiyi “Gənclik görüşləri: Karyera söhbətləri” çərçivəsində Selman-ı Farisi Kişi Tələbə Yurdunda tələbələrlə görüşüb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məılumata görə, yüksək iştirakla keçirilən proqram zamanı Rektor tələbələrin fikirlərini dinləyib və yönəltdikləri sualları cavablandırıb: “Karyera planlamasının çoxölçülü bir proses olduğunu vurğulayan rektor, akademik biliklə yanaşı sosial, mədəni və peşəkar hazırlığın da tələbələrin gələcəyində əsas rol oynadığını qeyd edib. Məqsəd müəyyən etməyin, disiplinli çalışmanın və qarşıya çıxan imkanları düzgün dəyərləndirməyin əhəmiyyətinə diqqət çəkən Prof. Dr. Ekrem Gürel universitet rəhbərliyi olaraq tələbələrin inkişafını dəstəkləyən hər cür fəaliyyətin yanında olduqlarını bildirib”.
Proqram sual-cavab bölməsinin ardından günün xatirəsi olaraq çəkilən foto ilə başa çatıb.





