BAYRAQDAR MEDİA – Türkiyə Universitet İdmanları Federasiyasının Amerika futbolu üzrə 1-ci liqasının C qrupunda keçirilən 3-cü tur oyununda Pamukkale Universitetinin Amerika Futbolu Komandası (reqbi) “Pamukkale Horozları” Super Liqaya bir addım daha yaxınlaşıb.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, Bursa Uludağ Universitetinin meydanında keçirilən qarşılaşmada ev sahibi Bursa Uludağ Universitetini 36:0 hesabı ilə məğlub edən “Pamukkale Horozları” qrup liderliyini davam etdirir.





