Son yeniləmə: 8 Yanvar 2026
BAYRAQDAR MEDİA – Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.
Xəbərdə deyilir ki, “ikinci yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 77, 87 və 130 kq-da finalçılar müəyyənləşib”.
60 kq
Ziyad Zeynalov (Neftçi) – Ayxan Cavadov (Abşeron, DİN)
67 kq
Məhəmməd Şükürzadə (MOİK, Lənkəran) – Fərid Xəlilov (Sumqayıt, “Neftçi”)
77 kq
Sənan Süleymanov (Neftçi) – Rəvan Nuriyev (Sumqayıt-Təhsil, “Neftçi”)
87 kq
İslam Abbasov (Neftçi) – Laçın Vəliyev (Neftçi)
130 kq
Beka Kandelaki (Neftçi) – Sərxan Məmmədov (Neftçi)
Qeyd edək ki, yanvarın 9-da bu çəkilərdə qaliblər müəyyənləşəcək.
Eyni zamanda, sərbəst güləş üzrə 57, 65, 74, 86, 97 kq-da mübarizəyə başlanılacaq.





