Press "Enter" to skip to content

Bakıda məşqçilik seminarı

Bakıda məşqçilik seminarı

BAYRAQDAR MEDİA – Yanvarın 12-si Bakıda məşqçilik seminarı başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.

Xəbərdə bildirilir ki, “paytaxtda Boks Mərkəzində təşkil olunan təlimlərə beynəlxalq boks dərsliyinin müəllifi, təcrübəli polşalı mütəxəssis Adam Kusior rəhbərlik edir. O, məşqçilərə qaydalardakı yeni dəyişikliklər, onların tətbiqi, dərsliklərdəki məşq proseslərinin daha da təkmilləşdirilməsi ilə bağlı seminar keçəcək. Bu, iki – nəzəri və praktiki hissədən ibarət olacaq. Yekunda məşqçi-müəllimlər imtahan verəcəklər. Təlimlərdən öncə ABF-nin baş katibi Nağı Səfərov iştirakçılara seminarın əhəmiyyətindən danışıb. Bildirib ki, əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən məşqçilərin biliklərinin daha da artırılması, beynəlxalq mühitə inteqrasiya edilməsidir: “Hədəf boksda, hakimlikdə və məşqçilikdə ön sıralarda olmaqdır”””.

Ardınca xəbərdə, “A.Kusior isə son illər Azərbaycanda boksun inkişafını yüksək qiymətləndirib. O qeyd edib ki, 2 il öncə də Bakıda seminar keçib və ölkəmizdə kifayət qədər yüksək potensiala malik məşqçilər var: “İnanıram ki, bu gün seminara qatılan mütəxəssislər də tezliklə özlərini yaxşı tərəfdən sübut edəcək, yetirmələrinin nəticələri ilə milli komandalara böyük fayda verəcəklər”” deyə qeyd edilir.

30-a yaxın məşqçinin qatıldığı seminar yanvarın 18-də yekunlaşacaq. İmtahandan uğurla keçən iştirakçılara sertifikatlar təqdim olunacaq.

Mission News Theme by Compete Themes.