BAYRAQDAR MEDİA – Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, ““Səbail”in oyunçusu Emin Rüstəmovun əvəzinə “Qəbələ”nin üzvü Ceyhun Bağırzadə U-21-ə cəlb olunub”.





