BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetinin (ÇOMÜ) rektoru professor doktor R. Cüneyt Erenoğlu İctimaiyyətlə Əlaqələr fakültəsinin tələbələri ilə birlikdə Anadolu Agentliyi (AA) tərəfindən təşkil olunan “İlin kadrları” səsverməsində iştirak edib.
Universitetin məlumatına görə, AA-nın fotomüxbirləri və reportyorlarının 2025-ci il ərzində Türkiyə və dünya gündəmini müəyyən edən hadisələri əks etdirən fotolarından ibarət səsvermə lifebox, AJet və Roketsan şirkətlərinin sponsorluğu ilə keçirilir: “Rektor Erenoğlu tələbələrlə birlikdə 6 kateqoriya üzrə təqdim olunan ümumilikdə 112 fotoşəkli nəzərdən keçirərək dəyərləndirmələr aparıb. Professor doktor Erenoğlu “Qəzza: Aclıq” kateqoriyasında Mahmud İssanın “Qəzza zolağında ərzaq böhranı getdikcə dərinləşir”, “Portret” kateqoriyasında Əhməd Aslanın “İllərdən sonra”, “Xəbər” kateqoriyasında Mostafa Alxarufun “İsrailə ‘dayan’ de!”, “Təbiət və ətraf mühit” kateqoriyasında Lokman Vural Elibolun “Qarı yaran”, “Gündəlik həyat” kateqoriyasında İsa Terlinin “Dolunay səfası” və “İdman” kateqoriyasında Bünyamin Çelikin “Stadionların dili” adlı fotolarına səs verib”.





