BAYRAQDAR MEDİA – Fırat Universitetinin 50 illik yubiley tədbirləri çərçivəsində “Qara-ağ türküler – deyişlər” adlı konsert təşkil olunub.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, Fırat Universiteti 50-ci yaranma ildönümü münasibətilə keçirdiyi tədbir və proqramlarını davam etdirir: “Bu çərçivədə son olaraq Fırat Universitetinin müəllimi Mustafa Öztürk və TRT ekranlarında yayımlanan “Sen Türkülerini Söyle” müsabiqəsində Elazığı uğurla təmsil edən İlayda Ergünün iştirakı ilə “Qara-ağ türküler – deyişlər” konserti keçirilib. Fırat Universitetinin Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan konsertdə universitetin prorektorları, akademik heyət üzvləri, tələbələr və şəhər sakinləri iştirak ediblər”.





