Press "Enter" to skip to content

Agentlikdə könüllülərlə görüş

Görüşdən xatirə fotosu

Son yeniləmə: 16 Yanvar 2026

Görüşdə WUF13-də könüllülük imkanları barədə məlumat verilib

BAYRAQDAR MEDİA – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində ötən ilin noyabrında keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun yüksək səviyyədə təşkilində yaxından köməklik göstərmiş könüllülərlə görüş keçirilib.

Agentliyin məlumatına əsasən, görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Elnur Bağırlı könüllülərə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Eyni zamanda, cari ilin mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində Agentliyin təşkilatçılığı ilə baş tutacaq tədbirlərdə könüllülük fəaliyyəti üzrə iştirak imkanları və qeydiyyat prosesi barədə ətraflı məlumat verilib.

Görüşün sonunda fəaliyyəti ilə fərqlənən könüllülərə Agentlik adından təşəkkürnamələr təqdim olunub.

Mission News Theme by Compete Themes.