BAYRAQDAR MEDİA – Stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “seçmə komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, yanvarın 17-dən 27-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazası hesab olunur”.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.





