Press "Enter" to skip to content

Eskişehirdəki həmin bina muzeyə çevrilir

Muzeyə çevriləcək bina

BAYRAQDAR MEDİA – Eskişehir valisi Hüseyin Aksoy 1923–1935-ci illərdə fəaliyyət göstərmiş, Türkiyənin ilk Ali Məhkəmə (Yargıtay) binasının yenilənərək Yargıtay Muzeyinə çevrilməsi üçün işlərə başlanıldığını açıqlayıb.

Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.

Məlumata görə, binanın bərpası ilə bağlı tender prosedurları Eskişehir Valiliyinin İnvestisiya İzləmə və Koordinasiya İdarəsi tərəfindən rəsmi şəkildə başladılıb: “Bildirilib ki, layihə hüquq tarixinin mühüm bir hissəsi olan Yargıtay binasının bərpa edilərək gələcək nəsillərə etibarlı şəkildə ötürülməsi məqsədi daşıyır. Tenderlə bağlı sənədlərin hazırlandığı və prosesin başladığı, işlər başa çatdıqdan sonra isə birbaşa bərpa mərhələsinə keçiləcəyi qeyd olunub”.

Mission News Theme by Compete Themes.