Press "Enter" to skip to content

Kurtköylülər TRT-də Bileciki tanıdıb – VİDEO

Veriliş zamanı

BAYRAQDAR MEDİA – Bilecik vilayətinin Bozüyük rayonunda fəaliyyət göstərən və bölgənin ən fəal dərnəklərindən biri olan Bozüyük Kurtköylülər Dərnəyi TRT ekranlarında Bileciki tanıdıb.

Bu barədə bilecikhaber.com.tr saytı məlumat verib.

Məlumata görə, Dərnəyin sədri İbrahim Arabacı və üzv qadınlardan ibarət heyət TRT 1-də yayımlanan “Alişan ilə Gülümsə Həyata” verilişinin qonağı olub.

Proqramda Bilecikin yerli mətbəxi və adət-ənənələri təqdim edilib, Ümren, Ünzile, Fikriye və Yasemin bacılar bölgəyə məxsus “Tom Tom” yeməyini hazırlayıblar.

İbrahim Arabacı vilayətin tanıdılmasına töhfə verməkdən məmnun olduqlarını bildirərək TRT kollektivinə və Alişana təşəkkür edib.

Mission News Theme by Compete Themes.