Press "Enter" to skip to content

Boks üzrə Azərbaycan çempionatı

Boks üzrə Azərbaycan çempionatı

BAYRAQDAR MEDİA – Yanvarın 22-də boks üzrə Azərbaycan çempionatına başlanılacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyadan (ABF) daxil olub.

Xəbərdə deyilir ki, “Boks Mərkəzində təşkil olunacaq yarışda kişilərin 10, qadınların 5 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcək. 7 gün davam edəcək çempionata Azərbaycanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 31 komandanın 170-dək boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər isə saat 12:30-da başlanacaq. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər”.

Qeyd edək ki, çempionatın baş hakimi Anar Babanlı, supervayzeri Sid Ali Mokretari (Əlcəzair) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Hakimlər – Başir Abbar (Mərakeş), Manuel Vilerino (Argentina), Luka Vadilinqa (Braziliya), Mariya Kavakliyeva (Bolqarıstan) və Kalero Vilfredo Vazquesin (Kuba) dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.

Mission News Theme by Compete Themes.