Press "Enter" to skip to content

Gölparkda Qış Festivalı coşqusu

BAYRAQDAR MEDİA – Bilecik Valiliyi tərəfindən 2026-cı ildə ilk dəfə təşkil edilən Gölpark Qış Festivalına soyuq havaya baxmayaraq minlərlə insan qoşulub.

Qonaqlara şəhərdəki qurumlar tərəfindən quraşdırılan stendlərdə, əsasən yerli və qeydiyyatdan keçmiş məhsullar – Pazaryeri halvası və bozası, Kızıldamlar kəndində istehsal olunan balqabaq şirniyyatı təqdim olunub, tanıtıcı broşürlər paylanıb.

Bu barədə bilecikhaber.com.tr saytı məlumat yayıb.

Məlumata görə, əsasən Qara dəniz bölgəsindən – Trabzon, Rize, Ordu, Artvin, həmçinin Bursa, Eskişehir və Sakaryadan minlərlə insanın qatıldığı festivalda 2 ton 11 kiloqram hamsi də paylanıb. AK Parti Bilecik Millət vəkili Halil Eldemir festivala qatılan bütün qonaqlara xoş bir gün arzulayaraq bildirib. O, deyib ki, hava soyuq olsa da gözəl bir atmosfer var”.

Mission News Theme by Compete Themes.