Press "Enter" to skip to content

AGF-dən yeni layihə – VİDEO

AGF-dən yeni layihə

BAYRAQDAR MEDİA – Azərbaycan Güləş Federasiyası (AGF) yeni layihəyə başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AGF-dən daxil olub.

Xəbərdə bildirilir ki, “bundan sonra ölkədaxili yarışlardan sonra müxtəlif görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətiriləcək. Bu mənada ilk belə yarış 7-11 yanvarda Bakı İdman Sarayında keçirilmiş yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı olub. Həmin yarışın baş hakimi Asif Şirəliyev bəzi görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətirib”.

Qeyd edək ki, bu layihənin icrasında məqsəd bu sahədə şəffaflığı təmin etmək, güləş qaydalarıyla bağlı maarifləndirməni artırmaqdan ibarətdir. AGF bu istiqamətdə müxtəlif tədbirləri həyata keçirməyi planlaşdırır.

Mission News Theme by Compete Themes.