Press "Enter" to skip to content

Təhdidlərə qarşı birgə yanaşmalar vacibdir

Tədbir zamanı

“Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib

BAYRAQDAR MEDİA – Bu gün bəşəriyyəti narahat edən məsələlərədn biri də dezinformasiya, dövlətlərin və şəxslərin informasiya məkanında tuş gəldikləri təhdidlərdir. Artıq qlobal xarakter alan bu məsələ nüfuzlu beynəlxalq qurumlaırn gündəliyində də yer alır. Elə yanvarın 21-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə keçirilən “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə də sözügedən məsələyə həsr edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumundan məlumat verilib.

Məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli öncə deyib ki, tədbirin məqsədi dezinformasiyanın qlobal, regional və milli səviyyələrdə yaratdığı çağırışların müzakirəsi və bu təhdidlərə qarşı birgə yanaşmaların dəyərləndirilməsidir.

Bu mövzuda vətəndaş cəmiyyəti həmişəkindən daha həssas olmalı, saxta məlumatları vaxtında ifşa etməli, onun tirajlanmasının qarşısında səddə çevrilməlidir

Çıxışına davam edən R.İskəndərli bu günlərdə Davosda Dünya İqtisadi Forumunun (WEF) “Qlobal Risklər Hesabatı”nı (“Global Risks Report”) açıqladığını bildirib.

Ramil İskəndərli çıxış edərkən
Ramil İskəndərli çıxış edərkən

O deyib ki, hesabatda dezinformasiya, həmçinin qlobal miqyasda da ciddi təhlükə kimi dəyərləndirilib: “Dezinformasiya müasir dövrdə təkcə informasiya sahəsini deyil, ictimai sabitliyi, dövlət-vətəndaş münasibətlərini, demokratik institutları hədəfə alan sistemli təhlükəyə çevrilib. Bu mövzuda vətəndaş cəmiyyəti həmişəkindən daha həssas olmalı, saxta məlumatları vaxtında ifşa etməli, onun tirajlanmasının qarşısında səddə çevrilməlidir. Dünya İqtisadi Forumunun dezinformasiyanı Azərbaycan üçün əsas risk kimi göstərməsi ciddi siqnaldır. Ona görə də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu tərəfdaş qurumlarla birgə vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə bu ictimai müzakirəni təşkil etməyə qərar verdi”.

Müasir dövrdə sosial media platformaları dezinformasiyanın əsas yayılma məkanına çevrilib

Sonra çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli də mövzunun aktual olduğunu bildirib.

N.Məmmədli qeyd edib ki, bütün dünyada dezinformasiya təhdidləri artan templə irəliləyir, müasir dövrdə sosial media platformaları dezinformasiyanın əsas yayılma məkanına çevrilib: “Dezinformasiyanın bütün təzahür formalarına qarşı mübarizədə Azərbaycan dövlətinin güclü siyasi iradəsi var. Amma bu prosesdə ictimai sayıqlıq, media savadlılığı, cəmiyyətin yüksək intellektual səviyyəsi ən güclü silahdır”.

Natiq Məmmədli çıxış edərkən
Natiq Məmmədli çıxış edərkən

Natiq Məmmədli sözügedən istiqamətdə media-QHT əməkdaşlığının vacibliyini də vurğulayıb.

Bu, yaxşı nümunə kimi sosial media fəallarına da təsir edə bilər

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə öncə Azərbaycan kontekstindən qanunvericilik və qaydalara riayət edilməsinin vacibliyini qeyd edib.

O, vurğulayıb ki, media subyektlərinin “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na riayət etməsi vacibdir və bu, yaxşı nümunə kimi sosial media fəallarına da təsir edə bilər: “Qaydaların birinci prinsipində bildirilir ki, jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır. Ümumən qaydaların bütün prinsiplərinə riayət cəmiyyətin dezinformasiya təmayüllərindən qorunması baxımından vacib istinadgahdır”.

Rəşad Məcid çıxış edərkən
Rəşad Məcid çıxış edərkən

Rəşad Məcid Mətbuat Şurasının medai istiqamətli QHT-lərlə birlikdə davamlı fəaliyyətlər sərgilədniyini də diqqətə çatdırıb.

Açılış çıxışlarından sonra tədbir ictimai müzakirə çərçivəsində davam etdirilib.

Dünyada sosial şəbəkələrə yanaşmada müxtəlif üsullar tətbiq olunur

Məsələn, “Süni intellektlə yaradılmış saxta görüntülər, videolar və bot şəbəkələrinin ictimai rəyə təsiri” mövzusunda çıxış edən Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli bu texnologiyaların yan təsirlərinə, informasiya manipulyasiyası baxımından yaratdığı yeni risklərə diqqət çəkib.

O, həmçinin, dünyada sosial şəbəkələrə yanaşmada müxtəlif üsullara baş vurulduğunu da qeyd edib.

“Vətəndaşların media savadlılığının artırılması və sosial media platformalarında dezinformasiyaya qarşı ictimai maarifləndirmədə QHT-lərin rolu” mövzusunda sessiyada Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT-lərin bu sahədə ictimai nəzarət mexanizmləri barədə mülahizələrini bölüşüblər.

Cəsarət Hüseynzadə
Cəsarət Hüseynzadə

“Azərbaycana qarşı hibrid təhdidlər, informasiya savaşının geosiyasi aspektləri və qabaqlayıcı tədbirlər” mövzusunda sessiyada Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli və Sosial Təşəbbüslər Mərkəzi İctimai Birliyinin sədri Sənan Nəcəfov qlobal miqyasda hibrid təhdidlərin əhatə dairəsinin genişlənməsinə və yeni təzahür formalarına diqqət çəkiblər.

“Dezinformasiyanın regional dinamikası: Qlobal Cənub və Türk Dünyası təcrübələri” mövzusunda sessiyada Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, türk dünyası üçün informasiya məkanında koordinasiyalı fəaliyyət strateji əhəmiyyət daşıyır.

O, sözügedən istiqamətdə atılması mümkün addımlar barədə də danışıb.

Təkliflər səsləndirilir
Təkliflər səsləndirilir

Qlobal Cənub QHT Platformasının Katibliyinin nümayəndəsi Fuad Kərimli dezinformasiyanın Qlobal Cənub ölkələrindəki fəsadları barədə danışıb. O qeyd edib ki, Qlobal Cənub məkanında rəqəmsal savadlılığın yetərli olmaması, yerli dillərin süni intellekt sistemlərində tam əhatə olunmaması və texnoloji resurs çatışmazlığı dezinformasiyanın təsir gücünü artırır.

Tədbir müzakirə və təkliflərlə davam etdirilib.

Mission News Theme by Compete Themes.