BAYRAQDAR MEDİA – Azərbaycan Güləş Federasiyasının (AGF)-nin vitse-prezidentləri Namiq Abdullayev, Fərid Mansurov, AGF-nin baş katibi Pərvin Piriyev, yunan-Roma güləşi üzrə koordinator Rafiq Hüseynov Şuşa və Xankəndidə görüşlər keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AGF-dən daxil olub.
Xəbərdə deyilir ki, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində, Şuşa şəhər məktəbində və Qarabağ Universitetində olan federasiyanın funksionerləri həmin məkanlarda rəsmi şəxslərlə yanaşı, məktəblilər və tələbələrlə görüşüb. Azərbaycan idmanında uğurlarıyla parlaq iz qoymuş N.Abdullayv, F.Mansurov və R.Hüseynov öz karyeralarından danışıb, yeniyetmə və gənclərin suallarını cavablandırıb və tövsiyələrini çatdırıblar”.
Qeyd olunub ki, AGF bu tip motivasiya xarakterli görüşləri sistemli şəkildə davam etdirəcək.





