Son yeniləmə: 22 Yanvar 2026
BAYRAQDAR MEDİA – Kişi və qadın boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.
Xəbərdə bildirilir ki, “tədbir iştirakçı komandaların paradı ilə başlayıb. Ardınca Dövlət Himni səsləndirilib. Mərasimdə ABF-in prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, ölkə boksunda son illər böyük nailiyyətlər əldə olunub. S.Hüseynov boksda infrastrukturun güclənməsi istiqamətində ciddi addımlar atıldığını vurğulayıb. Çempionatın supervayzeri Sid Ali Mokretari (Əlcəzair) ABF-yə dəvət üçün təşəkkür edib. O, yarışın yüksək səviyyədə və ədalətli keçməsi üçün inamla çalışacaqlarını deyib. Mərasimdən sonra yarış açıq elan olunub”.
Qeyd edək ki, Boks Mərkəzində keçirilən çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu mübarizə aparır. Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edir.
Çempionatda qaliblərin adına yanvarın 28-də aydınlıq gələcək.





