Press "Enter" to skip to content

AGF və MOK arasında müxtəlif layihələrin müzakirəsi

AGF və MOK arasında müxtəlif layihələrin müzakirəsi

BAYRAQDAR MEDİA – Azərbaycan Güləş Federasiyası (AGF) müxtəlif sahələrin inkişaf etdirilməsi üçün yeni layihələrin həyata keçirilməsini planlaşdırır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AGF-dən daxil olub.

Xəbərdə bildirilir ki, “müxtəlif layihələrlə bağlı AGF-nin ofisində Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri ilə görüş keçirilib. MOK-un Beynəlxalq Proqramlar İdarəsinin müdiri Ceyhun Rəhmanovla keçirilən görüş zamanı bir sıra strateji əhəmiyyətli məsələlər müzakirə olunub. Məşqçilər üçün beynəlxalq təlim və sertifikasiya proqramlarında iştirak imkanları, müxtəlif ölkələrin təcrübəsinə əsaslanan milli idman sistemlərinin təkmilləşdirilməsi modelləri, eləcə də gənc atletlərin inkişafına yönəlmiş beynəlxalq layihə və proqramlara qoşulma perspektivləri ətraflı şəkildə dəyərləndirilib”.

Mission News Theme by Compete Themes.