BAYRAQDAR MEDİA – Yanvarın 31-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası konsept trenajorda Federasiya Kuboku təşkil edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək yarışda Bakı və Mingəçevirdən 30-dan çox idmançı mübarizə aparacaq”.
Xatırladaq ki, konsept trenajor yarışları qapalı məkanda avarçəkmə üçün nəzərdə tutulan xüsusi idman qurğusunda keçirilir. Bu növ yarışlar dünyada geniş yayılıb. Ötən il Azərbaycanda ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirilib.





