Press "Enter" to skip to content

Yığma komanda qardaş ölkəyə yola düşüb

Yığma komanda qardaş ölkəyə yola düşüb

BAYRAQDAR MEDİA – Şose velosipedi üzrə Elit/U23 Azərbaycan yığma komandasının üzvləri 2026-cı təqvim ilində nəzərdə tutulan beynəlxalq yarışlara hazırlıq məqsədilə Türkiyənin Alanya şəhərinə təlim-məşq toplanışına yola düşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Heyəti Musa Mikayılzadə, Süleyman Ələkbərov, Tural İsrafilov, Nofəl Nuriyev, Şahin Eyvazov, Əli Qurbanov, Maksim TrendelyovViktoriya Sidorenkodan ibarət komanda martın 16-dək qardaş ölkədə olacaq”.

Bildirək ki, bu müddət ərzində baş məşqçi Vladimir Buşanskiy və məşqçi Elçin Əsədovun rəhbərliyi altında hazırlıq prosesi keçəcək komanda üzvləri Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bayrağı altında Alanya və Antalya bölgələrində təşkil olunacaq beynəlxalq turnirlərdə də iştirak edəcək.

Mission News Theme by Compete Themes.