BAYRAQDAR MEDİA – Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİTA) arasında memorandum imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AGF-dən daxil olub.
Xəbərdə qeyd olunur ki, “Memorandumda tərəflərin birgə layihələrin həyata keçirilməsi, yeni idman zallarının açılması, müxtəlif yarışların təşkili, AHİİTA-nın balansında olan idman mərkəzlərinin istifadəsi və başqa məsələlər qeyd olunub”.
AGF güləşin inkişafı üçün digər idman qurumlarıyla da sıx əməkdaşlığı davam etdirəcək.





