Press "Enter" to skip to content

Azərbaycanlı 8 cüdoçu Paris Böyük Dəbilqəsində

Azərbaycanlı 8 cüdoçu Paris Böyük Dəbilqəsində

BAYRAQDAR MEDİA – Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən 7–8 fevral tarixlərində Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə turniri keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) daxil olub.

Xəbərdə qeyd edilir ki, “Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan MəmmədovSlavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq”.

İki gün davam edəcək turnirdə 82 ölkədən 526 idmançı mübarizə aparacaq.

Kişilər

-60 kq
Balabəy Ağayev

-66 kq
Nazir Talıbov
Ruslan Paşayev

-81 kq
Zelim Tçkayev
Vüsal Qələndərzadə

-100 kq
Əjdər Bağırov

+100 kq
Uşanqi Kokauri
Kənan Nəsibov

Mission News Theme by Compete Themes.