BAYRAQDAR MEDİA – Fevralın 3-də “Goranboy 2026 – Gənclər Paytaxtı” çərçivəsində “GəncFest”in açılışı olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “açılışdan öncə gənclər və idman naziri Fərid Qayıbov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və gənclər Goranboy şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Goranboy şəhərində yerləşən Heydər Əliyev parkında iki gün davam edəcək “GəncFest”də gənclər hərbi-vətənpərvərlik, yaradıcılıq, stolüstü oyunlar, intellektual yarışlar, interaktiv təlimlər və əyləncə zonalarında müxtəlif fəaliyyətlərdə iştirak edirlər”.
Sonra xəbərdə, “GİN və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirin ilk gününün sonunda təşkil edilən konsert proqramında Sevda Yahyayeva, Elçin Cəfərov və Goranboy şəhər Uşaq İncəsənət Məktəbinin rəqs qrupu çıxış ediblər” deyə qeyd edilir.
Gənclər üçün bayram əhval-ruhiyyəsində keçən tədbir möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.





