BAYRAQDAR MEDİA – Bursa Uludağ Universiteti (BUÜ) Sakaryada keçirilən Universitetlərarası Vu-Şu
üzrə Türkiyə Çempionatında iki fərqli dərəcə əldə edib.
Bu barədə univeristetin məlumatında qeyd edilib.
Məlumata görə, Türkiyə Universitet İdmanları Federasiyası (TÜSF) tərəfindən təşkil olunan və 56 universitetdən 216 idmançı tələbənin iştirak etdiyi çempionatda BUÜ-nü təmsil edən tələbələr öz çəki dərəcələrində medal kürsüsünə yüksəlməyi bacarıblar. BUÜ idmançılarından Nazlı Karakuş 52 kq Sanda kateqoriyasında Universitetlərarası Türkiyə çempionu adını qazanıb. 80 kq Sanda kateqoriyasında mübarizə aparan Muhammed Beritan Calayır isə Türkiyə üçüncüsü olaraq yarışı başa vurub.





