BAYRAQDAR MEDİA – İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə yarışlar davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Milli Olimpiya Komitəsindən (AMOK) daxil olub.
Xəbərdə deyilir ki, “XXV Qış Olimpiya Oyunlarında Azərbaycanın idman şərəfini qoruyan fiqurlu konkisürən Vladimir Litvintsev sabah ilk yarışına başlayacaq. Şef-de-mission Anar Bağırovun verdiyi məlumata görə, idmançının ilk çıxışı fevralın 10-da Bakı vaxtı ilə saat 18:30-da qısa proqram üzrə baş tutacaq”.
Ardınca xəbərdə, “yarış öncəsi hazırlıq prosesi barəsində də danışan A.Bağırov bildirib ki, idmançı tam gücü ilə mübarizəyə köklənib: “Vladimir hazırda çox gərgin və intizamlı məşq edir. O, gündə iki dəfə — həm səhər, həm də axşam olmaqla buz üzərinə çıxaraq öz proqramını təkmilləşdirir. Fiziki və psixoloji vəziyyəti qaydasındadır. İtaliyadakı Olimpiya kəndində komandamız üçün hər bir şərait yaradılıb və biz sabahkı çıxışı həyəcanla gözləyirik””.
Qeyd edək ki, V.Litvintsev fevralın 13-də sərbəst proqramda, Kortina Ampetso şəhərində isə Anastasiya Papatoma dağ xizəyi üzrə yarışlarda fevralın 18-də öz qüvvəsini sınayacaq.






İlk şərhi yaza bilərsiniz