BAYRAQDAR MEDİA – Türkiyənin Pamukkale Universiteti (PAÜ) idmanda daha bir uğur qazanıb. Belə ki, universitetin nin İdman Elmləri Fakültəsinin Bədən Tərbiyəsi və İdman Müəllimliyi ixtisası üzrə məzunu və hazırda eyni fakültədə magistratura təhsilini davam etdirən Tunahan Talan bu il ilk dəfə keçirilən MEB-AGS imtahanında öz sahəsi üzrə Türkiyə üçüncüsü olaraq mühüm uğura imza atıb.
Universitetin məlumatına görə, əldə etdiyi nəticədən sonra Tunahan Talan İdman Elmləri Fakültəsinin dekanı Prof. Dr. Bülent Ağbuğa və dekan müavini p Prof. Dr. Şehmus Aslan tərəfindən təbrik edilib: “Prof. Dr. Bülent Ağbuğa bu nailiyyətin Pamukkale Universiteti İdman Elmləri Fakültəsinin təhsil keyfiyyətinin konkret göstəricisi olduğunu vurğulayaraq, tələbənin bu mərhələyə çatmasında ailəsinin və fakültənin müəllim heyətinin böyük rol oynadığını bildirib”.
Pamukkale Universitetinin İdman Elmləri Fakültəsi bu uğurun digər tələbələr üçün də ilham mənbəyi olacağını qeyd edib.






İlk şərhi yaza bilərsiniz