Press "Enter" to skip to content

Kamandan oxatma üzrə milli komanda Avropa Çempionatında

Kamandan oxatma üzrə milli komanda Avropa Çempionatında

​BAYRAQDAR MEDİA – Azərbaycanın kamandan oxatma üzrə milli komandası növbəti mötəbər qitə birinciliyinə yollanır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kamandan Oxatma Federasiyasından daxil olub.

Xəbərdə qeyd edilir ki, “seçmə komanda 16–21 fevral 2026-cı il tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək “Qapalı məkanda kamandan oxatma üzrə Avropa Çempionatı”nda Azərbaycanı təmsil edəcək. Turnirdə Yaylagül Ramazanova, Fatimə Hüseynli, Məhəmmədəli Əliyev, Lalə Əbdürəhmanova, Nilufər Ağaməmmədli, Lalə İsmayılova, Yağmur Qurbanlı, Sərdar Vəliyev, Nurlan RəhimliHüseyn Məhərrəmov güclərini sınayacaqlar”.

​Proqrama əsasən milli komandanın üzvləri fərdi, komanda və qarışıq (mixed) yarış növlərində mübarizə aparacaqlar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.