Press "Enter" to skip to content

Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək

Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək

BAYRAQDAR MEDİA – 1996-cı ildə təsis olunan Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) 2026-cı ildə fəaliyyətinin 30 ili tamam olur.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Komitədən daxil olub.

Xəbərdə bildirilir ki, “1996-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda formalaşan paralimpiya hərəkatı ötən dövrdə ölkədə böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin Azərbaycan idmanına, o cümlədən paralimpiya hərəkatına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində idmançıların uğurları ildən-ilə artmaqdadır. Azərbaycan paralimpiyaçıları 1996-2026-cı illər ərzində 9 dəfə Paralimpiya Oyunlarında iştirak edərək 27 qızıl, 21 gümüş və 20 bürünc medal qazanıblar. Ümumilikdə isə idmançılar 27 Paralimpiya, 29 dünya və 55 Avropa çempionluğu əldə ediblər”.

Sonra xəbərdə, “Komitə tərəfindən 30 illik yubiley münasibətilə il ərzində iradə, əzm və qətiyyətlə dolu fəaliyyəti əks etdirən silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlərin tarixləri barədə mediaya və ictimaiyyətə əlavə məlumat veriləcək” deyə qeyd edilir.

Qeyd edək ki, Komitənin yeni loqosu, eləcə də 30 illik yubiley loqosu artıq ictimaiyyətə təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.