Press "Enter" to skip to content

Muxtar Cəfərlinin kitabı Türkiyədə çap olunub

“Qəlbini nəsihətlə dirilt” kitabı

BAYRAQDAR MEDİA – Araşdırmaçı-yazar Muxtar Cəfərlinin “Qəlbini nəsihətlə dirilt” kitabı bu günlərdə Türkiyədə də çap olunub. İlk dəfə MİMTA Yayımlarında nəşr olunan kitab Türkiyənin “Duruş” nəşriyyatında işıq üzü görüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya MİMTA-dan bildirilib.

Məlumata görə, kitab müəllifin müxtəlif illərdə “Füyuzat” jurnalında dərc edilmiş silsilə məqalələri əsasında tərtib edilib. Kitabda müəllif müxtəlif mənəvi-əxlaqi, həyati mövzulara toxunmuş, günümüz insanının mənəvi problemlərinə işıq tutmağa çalışmışdır.

Qeyd edək ki, Muxtar Cəfərli MİMTA Yayımları tərəfindən çap edilən “İdrak işığı” və “Azərbaycan elm və irfan sərdarları” kitablarının da müəllifidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.