BAYRAQDAR MEDİA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə Misli Premyer Liqası və I Liqa klublarının təhlükəsizlik və mühafizə üzrə məsul şəxsləri üçün seminar təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “seminar Futbol Klublarının Lisenziyalaşdırılması çərçivəsində hüquq-mühafizə orqanlarının – Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilib. Tədbirdə əsas diqqət “İzdihamın idarə edilməsi və futbol stadionlarında təhlükəsizliyin təmin olunması” mövzularına yönəldilib”.
Sonra xəbərdə, “seminar çərçivəsində kütləvi tədbirlər zamanı risklərin qiymətləndirilməsi, azarkeş axınının düzgün tənzimlənməsi, fövqəladə hallara operativ reaksiya mexanizmləri, həmçinin stadion ərazisində ictimai asayişin qorunması ilə bağlı məlumatlar təqdim olunub. Hüquq-mühafizə orqanlarının, həmçinin AFFA və Peşəkar Futbol Liqasının nümayəndələri real təcrübəyə əsaslanan nümunələr üzərindən çıxış edərək, iştirakçıların suallarını cavablandırıb, qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar” deyə bildirilir.
Sonda iştiraka görə sertifikatlar təqdim edilib.






İlk şərhi yaza bilərsiniz