Press "Enter" to skip to content

BDU Elmi Kitabxanasının elektron bölməsinin yenidənqurulmadan sonra açılışı

BDU Elmi Kitabxanasının elektron bölməsinin yenidənqurulmadan sonra açılışı

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) və “BP Eksploreyşn (Kaspian Si) Limited” arasında əməkdaşlıq müqaviləsinin imzalanması və BDU Elmi Kitabxanasının elektron bölməsinin bp-nin dəstəyi ilə yenidənqurulmadan sonra açılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev qeyd edib ki, bp ilə əməkdaşlıq universitet-sənaye əməkdaşlığının ən gözəl nümunəsi hesab edilə bilər. O, bp şirkətinin fəaliyyət göstərdiyi regionlarda uğurlu iqtisadi, biznes layihələri ilə yanaşı, sosial sahəyə yönəlmiş fəaliyyəti ilə daim seçildiyini qeyd edib. Rektor bildirib ki, təkcə son beş ildə BDU-da bp-nin dəstəyi ilə artıq üçüncü layihə icra olunmaqdadır. E.Babayev əlavə edib ki, açılışı olan layihə – BDU Elmi Kitabxanasının elektron bölməsinin yenidənqurulmadan sonra istifadəyə verilməsi də BDU-da təhsilin və elmin inkişafı üçün atılmış mühüm addımdır. Rektor BDU-nun inkişafına verdiyi töhfələrə görə bp şirkətinə təşəkkür edib”.

Sonra xəbərdə, “bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli BDU-nun müasir, rəqəmsal imkanlarla təchiz olunmuş kitabxana sisteminə keçidini dəstəkləməkdən qürur duyduqlarını bildirib. O qeyd edib ki, biliklərə çıxış uğurlu təhsil prosesinin əsasını təşkil edir və bu layihə tələbələr, müəllimlər və tədqiqatçılar üçün öyrənmə, innovasiya və əməkdaşlıq baxımından yeni geniş platforma təmin edir. Layihə çərçivəsində bütün kitabxana fondunun elektron məlumat bazası vasitəsilə tam şəkildə idarə olunmasını təmin edən xüsusi proqram təminatı hazırlanıb. Kitablara izləmə çiplərinin tətbiqi, eləcə də əl terminallarının və çiplə təchiz edilmiş materialların proqram platformasına tam inteqrasiyası daxil olmaqla, effektiv inventar idarəetmə sisteminin yaradılması həyata keçirilib. Yeni rəqəmsal kitabxana sisteminin səmərəli fəaliyyəti üçün zəruri fiziki infrastruktur quraşdırılıb” deyə bildirilir.

Tədbir çərçivəsində bp və BDU birgə layihələr üçün çərçivə müəyyən edən əməkdaşlıq sazişi imzalayıblar. Sazişin imzalanmasında əsas məqsəd Universitet ekosisteminin daha da gücləndirilməsi və biliklərin artırılmasına dəstək verməklə uzunmüddətli akademik inkişaf və innovasiyalar üçün şəraitin yaradılmasıdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.