Press "Enter" to skip to content

MEK-ə yeni daxil olan ədəbiyyatın sərgisi

MEK-ə yeni daxil olan ədəbiyyatın sərgisi

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) fondlara yeni daxil olan ədəbiyyatın sərgisi təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “sərgidə müxtəlif elm sahələrini əhatə edən monoqrafiyalar, dərsliklər, ensiklopedik nəşrlər və xarici dillərdə çap edilmiş kitablar nümayiş etdirilir. Nəşrlərin sırasında “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər”, “Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar”, “Biotorpaq: Elmlə yaşayn kənd təsərrüfatı” mövzusunda Respublika elmi-praktik konfransın materialları, “Ortodontiya. Təməl biliklər”, “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri”, “İdarəetmə nəzəriyyəsi”, “İqtisadi-riyazi modellər və üsullara aid məsələlər, alqoritmlər və proqramlar”, “Kənd təsərrüfatı terminlərinin izahlı lüğət” və digərləri var”.

Ardınca xəbərdə, “bundan əlavə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı həyat yolu və zəngin dövlətçilik irsi, Azərbaycana rəhbərliyi dövrlərdə xalq və dövlət qarşısında misilsiz xidmətləri, ədliyyə sisteminə daim diqqət və qayğısı, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək qazanılan yüksək nailiyyətlər və parlaq qələbələr barədə məlumatların öz əksini tapdığı “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” kitabı da sərgidə nümayiş etdirilir” deyə qeyd olunur.

Bildirək ki, sərginin məqsədi oxucuları kitabxananın yenilənən resursları ilə yaxından tanış etmək, elmi araşdırmalara marağı artırmaq, elmi mühitdə məlumat mübadiləsini gücləndirmək və tədqiqatçılar üçün aktual mənbələrə əlçatanlığı artırmaqdır.

Sərgi iki həftə davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.