BAYRAQDAR MEDİA – Şahmat üzrə Azərbaycan çempionatında son finalçı məlum olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “yarımfinalda iki partiyadan sonra qalibin müəyyənləşmədiyi Şəhriyar Məmmədyarov–Aydın Süleymanlı duelində tay-brek keçirilib. Tay-brekdə qələbə qazanan Ş.Məmmədyarov 3,5-2,5 hesablı qələbəylə adını finala yazdırıb. Fevralın 20-də Azərbaycan çempionatında final partiyalarına başlanılacaq. Kişilərin yarışında çempionluq uğrunda Ş.Məmmədyarov Məhəmməd Muradlıyla, qadınlarda isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə mübarizə aparacaq”.
Sonra xəbərdə, “üçüncü yer uğrunda görüşlərdə A.Süleymanlı-Read Səmədov və Gülnar Məmmədova–Türkan Məmmədyarova partiyaları keçiriləcək. Final görüşləri saat 15:00-da başlayır” deyə bildirilir.
Qeyd edək ki, Azərbaycan çempionatının bağlanış mərasimi fevralın 22-də “Landmark” Biznes Mərkəzində təşkil olunacaq.






İlk şərhi yaza bilərsiniz