Press "Enter" to skip to content

AKAF fəaliyyətini genişləndirir

AKAF fəaliyyətini genişləndirir

BAYRAQDAR MEDİA – Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) fəaliyyət istiqamətlərini genişləndirir. Bununla bağlı federasiyanın Ümumi Yığıncağında müvafiq qərar qəbul olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AKAF-dan daxil olub.

Xəbərdə bildirilir ki, “bu addım Azərbaycanda su idman növlərinin vahid platformada inkişafını təmin etmək, idarəetmədə çevikliyi artırmaq və beynəlxalq arenada daha effektiv təmsilçiliyə nail olmaq məqsədi daşıyır. Eyni zamanda, populyarlığı artırmaq, kütləviliyi təmin etmək, yeniyetmə və gəncləri cəlb etmək əsas prioritetdir”.

Müvafiq olaraq federasiyanın adı dəyişdirilərək Azərbaycan Su İdmanı növləri Federasiyası (Azerbaijan Water Sports Federation) adlandırılacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.