Press "Enter" to skip to content

Xalq şairi yubileyi münasibətilə evində ziyarət olunub

Xalq şairi yubileyi münasibətilə evində ziyarət olunub

BAYRAQDAR MEDİA – Fevralın 19-da mədəniyyət naziri Adil Kərimli, Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, qurumun katibi İlqar Fəhmi Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə evində ziyarət ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “nazir Xalq şairinin zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu, oxucular tərəfindən sevildiyini bildirib, səhnəyə qoyulan əsərlərinin də böyük maraqla qarşılandığını deyib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev şairin Azərbaycan ədəbiyyatına töhfələrini yüksək qiymətləndirib. Prezident İlham Əliyev də onun ədəbiyyat və mədəniyyətin inkişafı sahəsində mühüm xidmətlərini daim diqqət mərkəzində saxlayıb. Ötən gün şairin Azərbaycanın ən ali təltifi – “Heydər Əliyev” ordeninə layiq görülməsini, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təbrik məktubu ünvanlamasının bu qayğının bariz nümunəsi olduğunu bildirilib”.

Sonra xəbərdə, “A.Kərimli şairə yubileyi münasibətilə təbriklərini çatdırıb, ona Nazirliyin Fəxri diplomunu təqdim edib. N.Həsənzadə müalicəsinə göstərilən diqqət və dəstəyə görə dövlət başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Xalq şairi Ulu Öndər Heydər Əliyevin adını daşıyan təltifə layiq görülməsindən qürur hissi keçirdiyini deyib” deyə qeyd edilir.

Yazıçılar Birliyinin nümayəndələri də şairə xoş arzularını çatdırıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.