BAYRAQDAR MEDİA – 2026-cı ilin yanvar ayında Azərbaycana 181 min 637 əcnəbi vətəndaş səfər edib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 8 min 984 nəfər və ya 5 faiz artım deməkdir.
Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, yanvarda Rusiyadan 2 faiz artım ilə 42 min 342 nəfər, Türkiyədən 15.5 faiz artım ilə 36 min 536 nəfər və İrandan 2.1 faiz artım ilə 15 min 399 nəfər səfər sayı qeydə alınıb: “Cənubi Asiya regionunu üzrə Hindistandan gələnlərin sayı 9 min 70 nəfər təşkil edib. Yaxın Şərq regionunun əsas bazarı olan Səudiyyə Ərəbistanından gələnlərin sayı artım göstərərək 8 min 976 nəfərə çatıb. Bu da ötən ilin yanvarı ayı ilə müqayisədə 2 min 783 nəfər və ya 44.9 faiz artım deməkdir. İlk onluqda qərarlaşan digər ölkələr – Gürcüstan (8734), Pakistan (6758), Qazaxıstan (5676), Özbəkistan (5130) və İsrail (4972) olub. Regionlar üzrə dinamika göstərir ki, Yaxın Şərq ölkələrindən gələnlərin sayı 22 faiz artaraq 26 min 240 nəfərə, Qərbi Avropa ölkələrindən gələnlərin sayı isə 44 faiz artaraq 6 min 819 nəfərə çatıb.






İlk şərhi yaza bilərsiniz