Press "Enter" to skip to content

Beynəlxalq Ana Dili Günü ilə bağlı virtual sərgi

Beynəlxalq Ana Dili Günü ilə bağlı virtual sərgi

BAYRAQDAR MEDİA – 21 Fevral – Beynəlxalq Ana Dili Günü ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) virtual sərgi hazırlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “sərgidə Ümummilli Lider Heydər Əliyevin dil siyasəti, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında Azərbaycan dili haqqında səsləndirdiyi fikirləri, Azərbaycan dilinin özünəməxsusluğunu, təbii dil xüsusiyyətlərini, tarixi zənginliyini, müasir təzahür formalarını əks etdirən dəyərli nəşrlər nümayiş etdirilir”.

Sonra xəbərdə, “nəşrlər sırasında “Heydər Əliyevin dil siyasəti”, “Heydər Əliyev: dil, ədəbiyyat, incəsənət”, “Dövlətçilik və dil”, “Ana dili milli varlığın təməli”, “Azərbaycan dilçiliyində Afad Qurbanov zirvəsi”, Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi Ağamusa Axundovun müəllifi olduğu “Dil və ədəbiyyat”, “Ümumi dilçilik”, “Müasir Azərbaycan dili. Sintaksis”, “Azərbaycan dilçiliyi: Sələflər və xələflər”, Buludxan Xəlilovun 2 cilddə “Müasir Azərbaycan dilinin morfologiyası”, “Müasir Azərbaycan dili”, Nizami Xudiyevin “Azərbaycan ədəbi dili tarixi”, Noam Xomskinin “Dil və təfəkkür”, Mübariz Yusifovun “Dahi şəxsiyyətin nitq fenomenliyi”, Əli Rza Xələflinin “Dilimiz-varlığımız” əsərləri, ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş dərsliklər və s. kitablar yer alır” deyə bildirilir.

Virtual sərgi ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub. Ənənəvi sərgi iki həftə müddətində davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.