BAYRAQDAR MEDİA – Fevralın 25-də Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turnirinə başlanacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.
Xəbərdə deyilir ki, “ilin ikinci reytinq yarışında Azərbaycanı sərbəst və yunan-Roma güləşi üzrə millilər təmsil edəcək. “Olimpik Park”da təşkil ediləcək turnirə sərbəst güləşçilər başlayacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Turan Bayramov, Kənan Heybətov (hər ikisi 74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaq”.
Sonra xəbərdə, “yarışın son günlərində isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Məhəmməd Bəna, məşqçilər Rövşən Bayramov, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Hikmət Haqverdiyev, Rəşad Məmmədov (hər ikisi 55 kq), Nihat Məmmədli, Nihad Quluzadə (hər ikisi 60 kq), Sakit Quliyev, Ziya Babaşov, Murad Məmmədov (hamısı 63 kq), Məhəmməd Şükürzadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov, Laçın Vəliyev (hər ikisi 87 kq), Murad Əhmədiyev, Məhəmməd Əhmədiyev, Arif Niftullayev (hamısı 97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) Tiranada çıxış edəcək” deyə qeyd edilir.
Görüşlər hər gün Bakı vaxtı ilə 13:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 21:00-da başlayacaq.
Reytinq turnirində I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyacaq.






İlk şərhi yaza bilərsiniz