Press "Enter" to skip to content

D kateqoriyalı məşqçi kursları

D kateqoriyalı məşqçi kursları

BAYRAQDAR MEDİA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kurslarına başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “AFFA-nın qəbul etdiyi Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq Bayıl stadionunda keçirilən kursa 25 nəfər cəlb edilib. Kursun ilk günündə BFF-nin prezidenti Tahir Süleymanov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisi Orxan Mikayıllı və məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə ilk məşğələlərdə nəzəri biliklərini iştirakçılarla bölüşüblər”.

Üç gün davam edəcək nəzəri və praktiki kursların yekununda təlimləri uğurla keçən iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.