BAYRAQDAR MEDİA – Iğdır Üniversitesinin İdman Elmləri Fakültəsinin tələbələri Muay Tay üzrə Türkiyə çempionatında ikinci və üçüncü yerləri qazanaraq mühüm uğura imza atıblar.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, 14–16 fevral 2026-cı il tarixlərində Burdur Mehmet Akif Ersoy Üniversitesinin ev sahibliyi ilə Burdurda keçirilən Universitetlərarası Muay Tay üzrə Türkiyə Çempionatında ölkənin müxtəlif bölgələrindən 61 universitet və 280 idmançı iştirak edib: “Üç gün davam edən yarışda qadın və kişi idmançılar müxtəlif kateqoriyalarda gərgin mübarizə aparıblar. Turnirdə yüksək nəticə göstərən Fatma Hilal Gülbey öz çəki dərəcəsində Türkiyə üçüncüsü olaraq bürünc medal qazanıb. Serhat Torzuk isə texniki və estetik performansın qiymətləndirildiyi Wai Kru kateqoriyasında Türkiyə ikincisi olaraq gümüş medala layiq görülüb”.






İlk şərhi yaza bilərsiniz