Press "Enter" to skip to content

AVF-dən 1-ci və 2-ci dərəcəli məşqçi kursları

AVF-dən 1-ci və 2-ci dərəcəli məşqçi kursları

BAYRAQDAR MEDİA – Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən 1-ci və 2-ci dərəcəli məşqçi kursları təşkil olunacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AVF-dən daxil olub.

Xəbərdə deyilir ki, “kurslar nəzəri və praktiki hissələrdən ibarət olacaq. Təlimlər Bakıda FIVB-nin məşqçi-müəllimi, Prof. Cengiz Akarçeşme tərəfindən keçiriləcək. Tədris proqramının yekununda təşkil olunacaq imtahandan uğurla keçəcək iştirakçılara AVF-nin “1-ci dərəcə” və “2-ci dərəcə” sertifikatları təqdim ediləcək. “1-ci dərəcə” sertifikatı alan məşqçi-müəllimlər yerli çempionatlarda rəsmi məşqçi kimi fəaliyyət göstərə biləcəklər. Hər iki mərhələni uğurla başa vuran mütəxəssislər isə FIVB-nin Level 1 seminarında iştirak hüququ əldə edəcəklər. AVF-nin “1-ci dərəcə” və “2-ci dərəcə” məşqçi kurslarından sonra Azərbaycanda FIVB-nin “Level-1” və “Level-2” kursları da təşkil olunacaq”.

Qeyd edək ki, ötən il federasiya tərəfindən Qəbələ, Sumqayıt və Bakı şəhərlərində “1-ci dərəcə” məşqçi kursları təşkil olunub. AVF gələcəkdə paytaxtla yanaşı, digər bölgələrdə də hər iki dərəcə üzrə kursların keçirilməsini planlaşdırır.

Təlim proqramı:
30 mart – 4 aprel: “1-ci dərəcə”
6 – 10 aprel: “2-ci dərəcə”

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.