Son yeniləmə: 25 Fevral 2026
BAYRAQDAR MEDİA – 28 fevral – 1 mart tarixlərində İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) daxil olub.
Xəbərdə bildirilir ki, “Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan 3 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Milli komandaya qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək”.
Turnirdə 23 ölkədən 532 idmançı mübarizə aparacaq.
Qızlar
-52 kq
Çinarə Sadıqova
Fəridə Mirzəyeva
Aysun Məmmədova
Nuranə Hacızadə
-57 kq
Vüsalə Hacıyeva
-63 kq
Nilgün Rzayeva






İlk şərhi yaza bilərsiniz