BAYRAQDAR MEDİA – Fevralın 26-da Özbəkistanın paytaxtı Daşkənddə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən Azərbaycan idmançılarının ilk rəqibləri müəyyənləşib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) daxil olub.
Xəbərdə deyilir ki, “Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 12 çəki dərəcəsində 18 cüdoçu ilə (12 kişi, 6 qadın) təmsil olunacaq. Turnirdə 39 ölkədən 370 idmançı mübarizə aparacaq. Fevralın 27-si başlayacaq Daşkənd Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 09:30-dan etibarən “Judo TV”də, final bloku isə saat 16:00-dan “CBC Sport”un “YouTube” kanalında canlı yayımlanacaq.
Kişilər
-60 kq, 1/16 final
Əhməd Yusifov – Samariddin Kuçkarov (Özbəkistan)
Balabəy Ağayev – Baxrom Boturov (Özbəkistan)
-66 kq, 1/16 final
Nizami İmranov – Minhao Canq (Çin)
Turan Bayramov – Matan Kokolayev (İsrail)
-73 kq, 1/32 final
Kamran Süleymanov – Şusuke Uçimura (Yaponiya)
-73 kq, 1/16 final
Hidayət Heydərov – Arun Kumar (Hindistan)
-81 kq, 1/16 final
Ömər Rəcəbli – Adrian Sulka (Rumıniya)
-90 kq, 1/16 final
Murad Fətiyev – Vlad Vişan (Rumıniya)
-100 kq, 1/16 final
Əjdər Bağırov – Ernazar Sarsenbayev (Özbəkistan)
-100 kq, 1/8 final
Zelim Kotsoyev – Tornike Poladişvili (Gürcüstan) / Baxtovar Boboxonov (Tacikistan) cütünün qalibi ilə
+100 kq, 1/8 final
Camal Qamzatxanov – Ritik Kumar (Hindistan)
Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan) / İslombek Ravşankulov (Özbəkistan) cütünün qalibi ilə
Qadınlar
-48 kq, 1/16 final
Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan)
Şəfəq Həmidova – Venna Cuanq (Çin)
-52 kq, 1/16 final
Leyla Əliyeva – Liliya Nuqayeva (Rusiya)
-63 kq, 1/16 final
Fidan Əlizadə – Sevinç İsokova (Özbəkistan)
-70 kq, 1/16 final
Südabə Ağayeva – Kamila Badurova (Rusiya)
+78 kq, 1/16 final
Madina Kaisinova – Umida Niqmatova (Özbəkistan)






İlk şərhi yaza bilərsiniz