Press "Enter" to skip to content

Birgə təlim-məşq toplanışı

Birgə təlim-məşq toplanışı

Son yeniləmə: 26 Fevral 2026

BAYRAQDAR MEDİA – Azərbaycan Taekvondo Federasiyasının (ATF) dəstəyi ilə Deflimpiya və Paralimpiya milli komandalarının birgə təlim-məşq toplanışı başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ATF-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “martın 15-dək davam edəcək təlim-məşq toplanışında deflimpiyaçılar Aslımaral Umarova (43 kq), Nuranə Nadirova (46 kq), Turan Şeydayev (48 kq), Gülseyra Ağabalayeva (53 kq), Şəms Ağayeva (63 kq), Vüsal Salmanov (68 kq) və Tehran Umudxanov (68 kq) iştirak edirlər. Birgə təşkil edilən hazırlıq prosesi Abşeron Olimpiya İdman Kompleksində keçirilir”.

Birgə keçirilən təlim-məşq toplanışının əsas məqsədi idmançılar arasında təcrübə mübadiləsini gücləndirmək və komanda ruhunu formalaşdırmaqdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.