Press "Enter" to skip to content

Film səhnələri Antalyada yenidən canlanır

BAYRAQDAR MEDİA – Akdeniz Üniversitesinin Kommunikasiya fakültəsində tələbələr “Kamera və İşıq” fənni çərçivəsində seçdikləri film və serial səhnələrini yenidən quraraq real film meydançası ab-havası yaşayırlar.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, fakültənin müəllimi Dr. Gökhan Evecen bildirib ki, dərs həm nəzəri, həm də praktik formada keçirilir. 2018-ci ildən bu fənni tədris edən Dr. Gökhan Evecen tələbələrdən sevdikləri film və ya serialdan bir səhnəni eyni şəkildə çəkməyi tələb etdiyini vurğulayıb.

Dərs məzunların yaddaşında ən çox qalan təcrübələrdən biri kimi dəyərləndirilir. Tələbələr qruplara bölünərək layihə seçir, ssenari dosyesi hazırlayır və çəkiliş mərhələsinə keçirlər. Məqsəd izləyicilərin rahatlıqla baxdığı səhnələrin hansı zəhmət və texniki bacarıqla ərsəyə gəldiyini göstərməkdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.