Press "Enter" to skip to content

“Gəlinlərin savaşı”nın premyerası

“Gəlinlərin savaşı”nın premyerası

BAYRAQDAR MEDİA – Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında hazırlanmış “Gəlinlərin savaşı”nın premyerası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “nümayişdə Sumqayıt ictimaiyyətinin nümayəndələri, mətbuat işçiləri və teatrsevərlər iştirak ediblər. Yeni tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissorları Ümüd AbbaszadəLəman Məmmədli, quruluşçu rəssamı Osman Salmanov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, rejissor assistenti isə Fazilə Rzayevadır”.

Sonra xəbərdə, “səhnə əsəri ailə münasibətlərinə yumor prizmasından yanaşaraq üç ərköyün gəlinlə sülhsevər qayınana arasındakı qarşıdurmanı əks etdirir. Gəlinlərin eqosu və qayınanaya qarşı sərt davranışları ailədə gərginlik yaradır. Lakin müdrik və təmkinli qayınana vəziyyəti nəzarətə alaraq ailədaxili harmoniyanı bərpa edir. Tamaşa aktual mövzunu komediya janrında təqdim etməklə tamaşaçılara həm düşündürücü, həm də əyləncəli səhnə həlli vəd edir. Rollarda Əməkdar artist Fəranə Musayeva, aktyorlar İlahə Səfərova, Məryəm Hüseynli, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Kamran MuradlıEmil Həmidov çıxış ediblər” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.