Press "Enter" to skip to content

Konfrans-sərgi: “Mirzə Qədim irsinin işığını paylaşaq” – VİDEO

Konfrans-sərgi: "Mirzə Qədim irsinin işığını paylaşaq"

BAYRAQDAR MEDİA – Bakı şəhərinin Binəqədi rayonundakı R.Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Qərbi Azərbaycan İcmasının əsas tərəfdaşlığı ilə ərsəyə gətirdiyi “Mirzə Qədim irsinin işığını paylaşaq” adlı layihə çərçivəsində konfrans-sərgi keçirilib.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.

​Xəbərdə deyilir ki, tədbirin başında məktəbin direktoru, Əməkdar müəllim, Dr. Almaz Həsrət, qonaqları salamlayıb və bu möhtəşəm layihənin məhz onun rəhbərlik etdiyi təhsil ocağından başlanğıc götürməsindən qürurlu olduğunu bildirib.

Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı da qonaqları salamlayaraq, hər birini konfransda görməkdən çox şad olduğunu bildirib. Sonra, layihə rəhbəri-araşdırmaçı tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndər Sərdarlı layihənin məqsəd və məramını açıqlayaraq məktəblilərə Mirzə Qədim İrəvaninin zəngin mədəni irsi, yaradıcılığı, həyatı barədə ətraflı məlumat verib.

​Tədbirin irəliləyən saatlarında Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, tanınmış ziyalı, professor Misir Mərdanov çıxışında layihəyə yüksək dəyər verərək, bu cür tədbirlərin Qərbi Azərbaycana Qayıdışa böyük töhfə verəcəyini bildirib. ADPU-nun professoru Fərrux Rüstəmov isə bu cür layihələrin gənclərimizin milli ruhda formalaşmasına göstərdiyi töhvədən və gələcəyə yönəlik əhəmiyyətindən danışdı.

​Həmçinin tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı mərkəzinin My Grant layihəsinin koordinatoru Heydər Mirzəyev də iştirak edib.

Yekununda, fəxri qonaqlar Qərbi Azərbaycan TV-na müsahibə veriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.