BAYRAQDAR MEDİA – Qəbələ rayonunun Vəndam qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) daxil olub.
Xəbərdə deyilir ki, “bu münasibətlə keçirilən tədbirdə Qəbələ Rayon Təhsil İdarəsinin müdiri Arifə Bayramova, ACF icraçı vitse-prezidenti Rəşad Rəsullu, dünya çempionu, ACF İcraiyyə Komitəsinin üzvü Elxan Məmmədov, “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov və yerli sakinlər iştirak ediblər. ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz olunmuş zalın ümumi ölçüsü 150 kvadratmetrdir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 150 idmançı cüdo ilə məşğul ola biləcək”.
Qeyd edək ki, 2022–2026-cı illərdə ACF tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 195 idman zalına ümumilikdə 14 min tatami paylanılıb.






İlk şərhi yaza bilərsiniz