Press "Enter" to skip to content

Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbir

Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbir

BAYRAQDAR MEDİA – Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə avarçəkmə həvəskarları arasında yürüş təşkil edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AKAF-dan daxil olub.

Xəbərdə deyilir ki, “yürüşdə tanınmış sosial şəbəkə fenomenləri və teleaparıcılar iştirak ediblər. Əvvəlcə iştirakçılara həvəskarlar üçün nəzərdə tutulmuş qayıqların idarə edilməsi ilə bağlı təlim keçirilib. Sonra onlar avarçəkmə idmanında özlərini sınayıblar. Yürüş əyləncəli və maraqlı anlarla yadda qalıb”.

Sonra xəbərdə, “daha sonra Federasiyanın mətbuat katibi iştirakçıları çay süfrəsi ətrafında 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü, eləcə də Od çərşənbəsi münasibəti ilə təbrik edib. Tədbirin kütləviliyin təmin olunması, yeniyetmə və gənclərin avarçəkmə idman növünə cəlb edilməsi məqsədi daşıdığı vurğulanıb” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.