Press "Enter" to skip to content

Dövlət Xidməti Gəncədə gənclər üçün tədbir keçirib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Gəncə şəhərində tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya sözügedən qurumdan məlumat verilib.

Məlumata görə, “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüşdə Gəncədə yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri iştirak edib: “Belə tədbirlər gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərir. Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Kəpəz rayon bölməsinin rəisi polkovnik-leytenant İlkin Əliyev gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər”.

Məlumatda əsasən, tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi iştirakçıları və digər qonaqlar da çıxış edərək öz təəssüratları ilə bölüşüblər: “Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.